Şamaxı işıq idarəsində rüşvət faktı - "400 manatı sənə verim ya işçilərdən birinə?"

21-03-2016, 12:55           
Şamaxı işıq idarəsində rüşvət faktı - "400 manatı sənə verim ya işçilərdən birinə?"
Şamaxı işıq idarəsinin müdiri Şahin Xəlilov rayon sakini Fərmanov Lazımdan rüşvət tələb edib.

Bu haqda şok video yayılıb. Videodan görünür ki, müdir Şahin Xəlilov vətəndaşdan 400 AZN rüşvət istəyir, bu zaman rayon sakini Fərmanov Lazım həmin məbləğin şəxsən ona, yoxsa işçilərinə veriləcəyi haqqında sual ünvanlayır.

İddia olunur ki, işıq idarəsinin əməkdaşları L.Fərmanovun evində guya elektrik enerjisindən qanunsuz istifadə olunduğunu aşkara çıxarıblar və həmin fakt əsasında akt tərtib ediblər. Sonradan vətəndaşdan aktın ləğv olunması üçün 400 AZN rüşvət tələb olunub.

Movzu ilə bağlı araşdırmamız davam edəcək.(hurriyet.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.