Deputat Hacı Salayevin şörək zavodunun "ağa"-sı Ayazdır - ŞİKAYƏT

23-03-2016, 00:35           

Milli Məclisin deputatı Hacı Salayevlə bağlı iddialar bitmir. Redaksiyamızın elektron ünvanına daxil olan bu dəfəki şikayətin də dolayısı ilə millət vəkilinə aidiyyatı var. Belə ki, deputatın sahibi olduğu “Xəzər” Çörək Zavodunda baş verən haqsızlıqlar artıq gizlədiləcək və ört-basdır ediləcək şəkildə deyil.

teref.az Azerinfo.org-a istinadən xəbər verir ki, iddiaya görə, çörək zavodu deputatın oğlu Kənan Salayevin dostu Ayazın nəzarətindədir. Paytaxtın ən böyük çörək zavodlarından biri olan “Xəzər”lə bağlı şikayətdə bildirilir ki, ikinci devalvasiyadan sonra qiymət artıran müəssisələrdən biri olub. Fəqət ölkə başçısı məsələyə müdaxilə etdikdən sonra qiymət aşağı salınsa da, çəki 680 qramdan 520-ə endirildi. Yəni, gün ərzində paytaxtda yüzlərlə mağaza və obyekti çörəklə təmin edən zavod, çörəyin çəkisini aşağı salmaqla devalvasiyadan yenədə iki qat qazanc qazanmağa başlayıb.

Şikayətçi inanmaq istəyir ki, bütün bu özbaşınalıqlardan deputat Hacı Salayevin və oğlu Kənanın xəbəri yoxdur və Ayaz adlı dostu deputatın və oğlunun ona edilən etimadından sui – istifadə edərək, müəsissəini istədiyi kimi idarə edir.

O da qeyd olunur ki, Ayaz ikinci devalvasiyadan sonra maaşları da azaldıb və işçilərə bu bahalaşma və deputatın zavoddan aldığı “aylığ”ı artırması ilə izah edib.

Qısacası, Ayazın Salayevlər tərəfindən ona edilən etimaddan istifadə edərək bütün yaxınlarını ətrafına yığmaqla bərabər, həm də gizli maliyyə işləri çevirdiyi də iddia olunur. Yəni, işçilərinə qarşı əzazilliyi ilə tanınan bu şəxs yaxın çevrəsinə zavodun hesabına bahalı avtomobillər, evlər qazandırmaqda ittiham olunur. Bunun isə Salayevləri aldatmadan və onların cibinə gedəcək puldan “əkişdirmədən” olması imkansızdır. Maraqlı məqamlardan biri də zavodda 220 şəxsin işlədiyinə dair məlumatın olmasıdır. Belə ki, zavodda uzaqbaşı 100 nəfərin çalışdığı deyilir ki, bu da Ayazın Salayevlərə təkcə əmək haqqı ilə ayda 25-30 min manat “atdığını” göstərir.

Zavoddakı özbaşınalıqlara etiraz edənlər isə anında işsiz qalırlar. Çünki sahibi Salayevlər olsa da, zavodun ağası Ayazdır.

Mövzunu diqqətdə saxlayacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.