Dünya Bankının strateji direktoru azərbaycanlı Samir Suleymanov təyin olunub

23-03-2016, 10:23           
Dünya Bankının strateji direktoru azərbaycanlı Samir Suleymanov təyin olunub
Samir Suleymanov Dünya Bankının Strateji başçısı təyin olunub. Politika.Az-ın məlumatına görə, ilk dəfədir ki azərbaycanlı Dünya Bankında belə yüksək vəzifəyə təyin olunur.

39 yaşlı Samir Suleymanov 1996-cı ildən Dünya bankında çalışır. O Corctaun universitetinin məzunudur. 1993-cü ildə Vaşınqtona köçüb. 2009-cu ildə

Daha əvvəl Suleymanov Dünya Bankının administrasiyasının daxili siyasət idarəsinin rəhbəri vəzifəsində çalışıb.

Evlidir, 3 övladı var.

Dünya Bankı – dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri. 1 iyul 1944-cü ildə Bretton-Vudskonfransında təsis olunmuşdur. Dünya Bankı – ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var.

Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.