23 saylı poliklinikada növbətçi həkimlər niyə tapılmır? - Nazirə şikayət

23-03-2016, 10:30           
23 saylı poliklinikada növbətçi həkimlər niyə tapılmır? - Nazirə şikayət
Azərbaycanda bayram günlərində əhaliyə lazımi tibbi xidmət göstərilməyən xəstəxanalar yenidən diqqət çəkib.

Belə ki, Novruz bayramı günlərində (martın 20-21-22-də) Suraxanı rayonu Hövsan qəsəbəsi 23 nömrəli Polinklinikada növbətçi həkimlər işdə tapılmayıblar. Növbəli iş rejimini pozan həkimlər, "Baş həkimdən icazə almışıq, bayramda işləməyəcəyik" deyə işə çıxmayıblar.

Sakinlər Arqument.az-a bildiriblər ki, müxtəlif şikayətlərlə polinklinikaya müraciət edən xəstələr şikayətləri ilə bağlı həkim tapmayıblar. Bu səbəbdən xəstələrə lazımi tibbi xidmət göstərilməyib. Nəticədə əsas yük təcili tibbi yardım stansiyasının üzərinə düşüb.

Sakinlər bildiriblər ki, Poliklinikanın baş həkimi Şərabanu Yusifzadə rəhbərlik etdiyi tibb müəssisəsində özbaşına mühit yaradıb. Xəstəxanada sahibsizlik mühiti hökm sürür. Hövsan sakinləri bununla bağlı nazir Oqtay Şirəliyevə də müraciət edəcəklərini deyiblər.

Məsələ ilə bağlı 23 nömrəli Polinklinika ilə əlaqə yaratmağa çalışsaq da, cəhdimiz nəticəsiz qalıb.

Məlumatı dəqiqləşdirmək üçün Aruqment.az-ın əməkdaşı xəstəxanaya baş çəkib. Poliklinikanın mühafizəçisi bildirib ki, növbətçi həkimlər işdə deyillər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.