Ərzaq malları noyabrda da BAHALAŞIB

2-12-2021, 17:38           
Ərzaq malları noyabrda da BAHALAŞIB
Dünya ərzaq qiymətləri noyabr ayında da yüksəlib. Bahalaşmadan sonrakı qiymət səviyyəsi son 10 ilin ən yüksək həddində qalıb.

Sfera.az Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadən bildirir ki, ərzaq qiymətləri indeksi noyabrda 134,4 səviyyəsinə yüksəlib. Oktyabrda ərzaq qiymətləri indeksi 133,2 idi.

Dünya ərzaq qiymətləri noyabr ayında 2011-ci ilin iyun ayından bəri ən yüksək həddə çatıb. Noyabrda qiymətlər bir əvvəlki ilin eyni ayına görə 27,3 faiz artıb.

FAO bildirir ki, keçən il məhsul istehsalının azalması, bu il isə güclü tələbin yaranması kənd təsərrüfatı məhsullarının qiymətlərini kəskin artırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.