“Fond puluna görə qızımı məktəbə göndərməmək qərarına gəldik” - ETİRAZ

3-12-2021, 17:31           
“Fond puluna görə qızımı məktəbə göndərməmək qərarına gəldik” - ETİRAZ
“3 gündür 67 saylı orta məktəbdə fond pulu yığımı ilə bağlı əsəb keçirirəm. Sabahdan etibarən qızımı məktəbə göndərməmək qərarına gəldik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ötən gün jurnalist Həbibə Abdulla öz feysbuk səhifəsində paylaşdığı postda bildirib. O yazıb ki, bu məsələyə aydınlıq gələnə qədər, VMA (Valideyn-Müəllim Assosiasiyası) deyilən qurumun məktəbdəki fəaliyyətinin məqsədi, məramı, qanuniliyi Təhsil Nazirliyi səviyyəsində izah edilənədək övladını məktəbə göndərməyəcək.

Jurnalistin bu paylaşımına şərh yazanlar bildiriblər ki, qeyd olunan problemə təkcə 67 saylı məktəbdə deyil, paytaxtın bir necə təhsil ocağında rast gəlinir.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov da fikir bildirib. O, Həbibə Abdullanın paylaşımına məsələyə aydınlıq gətiriləcəyini yazıb.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. Məsələnin araşdırıldıqdan sonra cavab veriləcəyi bildirildi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.