“Onlar bizneslə yox, xalqı soymaqla məşğuldurlar” - HƏQİQƏTƏN DƏ...

3-12-2021, 17:42           
 “Onlar bizneslə yox, xalqı soymaqla məşğuldurlar” - HƏQİQƏTƏN DƏ...
“Bizdə maaşlar on faiz indeksasiya olunur, möhtəkirlər isə qiymətləri iyirmi faiz artırırlar”.

Bu fikirləri Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun əmək qabiliyyətli vətəndaşlar üçün 220 manat (təqaüdçülər üçün 176 manat, uşaqlar üçün 193 manat) həddində müəyyənləşməsinə münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda bazar tənzimlənməli və hər il qiymətlər indeksasiya şərti ilə bir il müddətinə dondurulmalıdır:

“Əlbəttə ki, bu məbləğ daha da çox ola bilərdi. Amma Qarabağ Müharibəsində qazandığımız qələbədən sonra işğaldan azad edilmiş ərazilərin bərpasına külli miqdarda vəsait tələb olunduğunu da nəzərə almalıyıq. Ona görə də, məncə, bu hədd normaldır.

Müəyyən edilən həddin mövcud bahalaşma şəraiti ilə müqayisəsi artıq ayrı məsələdir. Çox təəssüf ki, Azərbaycanda azad bazar iqtisadiyyatı ayaq tutub yerimədi. Çünki bizdə biznesmenlər yox, möhtəkirlər var.

Bu səbəbdən, mən hesab edirəm ki, Azərbaycanda tənzimlənən bazar olmalı, hər il qiymətlər indeksasiya şərti ilə bir il müddətinə dondurulmalıdır. Növbəti ildə isə qiymətlərin indeksasiya səviyyəsində qaldırılmasına icazə verilməlidir. Mən bunu yeganə çıxış yolu kimi görürəm. Yoxsa bizdə maaşlar on faiz indeksasiya olunur, möhtəkirlər isə qiymətləri iyirmi faiz artırırlar.

Digər tərəfdən, bizdə insanlar azad bazar iqtisadiyyatı üçün yetişməyiblər. Hamımız müşahidə edirik, ticarət şəbəkələri tez-tez endirim kampaniyaları keçirirlər. Bəzən hansısa məhsula guya səksən faiz endirim edirlər. Yaxşı sən o məhsulun üzərinə nə qədər pul qoymuşdun ki, səksən faizlik endirimə gedirsən? Yəni onlar bizneslə yox, xalqı soymaqla məşğuldurlar”.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.