"AA" seriyalı maşının sürücüsü qazinin yolunu kəsib onu söydü - Video

6-12-2021, 06:55           
"AA" seriyalı maşının sürücüsü qazinin yolunu kəsib onu söydü - Video
Bakıda "AA" seriyalı avtomobilin sürücüsü qazinin yolunu kəsib. Avtomobildəki kameraya düşmüş görüntülər sosial şəbəkədə yayılıb.

Teref.az Avtosfer.az-a istinadən xəbər verir ki, 10-AA-794 qeydiyyat nişanlı BMV markalı avtomobilin sürücüsü hava limanı yolunda 110-km saat sürətlə hərəkət edən Nicat adlı qazinin avtomobilini sıxışdıraraq onun qarşısını kəsib. Daha sonra oradan uzaqlaşıb.

Qazinin dostu iddia edir ki, baş verən hadisədən qəzəblənən Nicat etirazını bildirən zaman "AA" seriyalı avtomobilin sürücüsü onu söyərək təhqir edib.

Qeyd edək ki, 10-AA-794 qeydiyyat nişanlı BMV markalı avtomobil "F-Prestige" MMC-yə məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru