Dili tutulan qazinin həyat yoldaşı ETİRAZ ETDİ - "Hospitalda ona yararlı yazıblar"

6-12-2021, 17:31           
Dili tutulan qazinin həyat yoldaşı ETİRAZ ETDİ -
“Vətən müharibəsində iştirak edən həyat yoldaşımın təzyiqi qalxır, dili tutulur. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında (“Papanin” xəstəxanası-müəll.) yoldaşımın yararlı olduğu yazılıb, heç bir kömək etmədilər”.

Bunu Cebhe.info-ya Binəqədi rayon sakini, müharibədə iştirak etmiş qazi İsmayılov Nicat Vidadi oğlunun həyat yoldaşı İsmayılova Səkinə bildirib:

“Yoldaşım dili tutulandan sonra 2-3 saat danışa bilmir. Bir müddətdən sonra özünə gəlir. Nicat müharibədə bu vəziyyətə düşüb. Müvəqqətidir, düzələr deyildi, amma hələ də səhhətində heç bir irəliləyiş yoxdu. Müalicəsi, dərmanlarının alınmasına kimsə tərəfindən bir qəpik də olsun köməklik olunmayıb. 20 gündən çox psixoloji müalicə üçün xəstəxanada yatmışdı. Kontuziyalıdır, vurur, qırır, sındırır”.

Qazinin xanımı deyib ki, Nicatı yenidən “Papanin” xəstəxanasından çağırıblar: “Görək bu dəfə nə deyəcəklər. Çənə, qol nahiyəsində qəlpə yarası var, travma alıb. Nicat döyüşdə vuruşub, arxasında durmaq lazımdır”.

Qeyd edək ki, Nicatın hazırda 26 yaşı var. Ailənin 1 qız övladı var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.