Azərbaycanda gələn aydan maaş və pensiyalar KƏSKİN ARTACAQ - Deputat ELAN ETDİ

7-12-2021, 00:03           
Azərbaycanda gələn aydan maaş və pensiyalar KƏSKİN ARTACAQ -
"Gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artım olacaq".
AZSABAH.COM xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərinin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır: "Milli Məclisdə gedən büdcə müzakirələri zamanı qeyd olundu ki, gələn ilin birinci yarısında bahalaşma tamamilə dayana bilər. Bu il inflyasiya orta hesabla 8-10 faiz həcmində idisə, gələn il 3-4 faizə qədər enə bilər və bu, qazancın xərci üstələməsi deməkdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru