“Cənab nazir, müstəntiq məndən 300 manat rüşvət istədi“
26-03-2016, 01:51
Bakı sakini Gəray Qafarov Baş Dövlət Yol Polisi İdarəsinin Yasamal rayon şöbəsində üzlşdiyu haqsızlıqla bağlı redaksiyamıza müract edib
Gəray Qafarov bildirir ki, sözügedən qurumun müstəntiqinə rüşvət vermədiyinə görə sənədləri it-bata salınıb:
"Həmin müstəntiqin adı Nəbatidir. Qəza törətmişdim. İş də bu müstəntiqdə idi. Məndən 300 manat istədi ki, cərimə yazsın. Mən isə rüşvət vermədim. Həmin müstəntiqdən şikayətçi oldum. Bundan sonra qanunun tələb etdiyi qaydada işə baxdı. Amma sonda sənədlərimi it-bata saldı. Avtomobilimin sığortası ilə bağlı sənədi sığorta şirkətinə göndərmədi. Yalandan deyir ki, sənəd şöbəyə daxil olmayıb. Lakın məndə bunun əksini sübut edən sənəd var".
Gəray Qafarovun sözlərinə görə, sığorta şirkətindən ona sənədin Yasamal Rayon Yol Polisi Şöbəsinə daxil olması barədə sənəd təqdim edilib. Şikayətçi həmin sənədi də redaksiyamıza göndərib. Gəray Qafarovun sözlərinə görə, sadəcə müstəntiq ondan qisas almaq üçün belə edib:
"Mənə demişdi ki, səni süründürəcəm. Amma mən də məsələni belə qoymaq fikrində deyiləm. Baş verənlərlə bağlı şəxsən daxili işlər naziri cənab Ramil Usubova da şikayət hazırlayıram".
Qeyri iş günü olduğuna görə yol polisindən mövqe öyrənə bilmədik. Mövzunu diqqətdə saxlayacağıq.
teref.az