Azərbaycan bazarına karbidli meyvə axını

26-03-2016, 14:26           
Azərbaycan bazarına karbidli meyvə axını
Son vaxtlar Azərbaycan bazarına xarici ölkə istehsalı olan xeyli sayda karbidli meyvə daxil olmaqdadır. Bunu Moderator.az-a açıqlamasında özəl mənbə bildirib. Mənbənin sözlərinə görə, insan orqanizmi üçün təhlükəli olan bu cür meyvələrin satışından böyük qazanc əldə edilir ki, bu alqı-satqıdan da itirən tərəf sadə vətəndaşlar olur:
“Bəzi meyvələrin satışında karbiddən istifadənin çox sadə bir səbəbi var ki, bu da karbidli suya salınan ən bərk meyvələrin belə cəmi bir neçə saat ərzində yumşalması, saralması, formal olaraq yetişmiş meyvə təəssüratı yaratmasıdır. Başqa sözlə desək, ən kal meyvəni belə karbidli suda bir neçə saat içərisində dəyimiş meyvə halına salmaq, saraltmar və yumşaltmaq mümkündür. Bu səbəbdən də karbiddən daha çox kal armud, alma, heyva və s.kimi meyvələrin satışında istifadə edilir”.
Mənbənin sözlərinə görə, karbidli müdaxilə meyvələri mövsümündən tez bazara çıxartmağa imkan versə də, karbid meyvədəki bütün vitaminləri öldürür və onu insan orqanizmi üçün təhlükəli hala salır:
“Bəzi işbazlar yay gəlməmişdən qazanc həvəsinə düşdüyü üçün onlar tonlarla kal armudu, almanı yığaraq karbidli suda “yetişdirir”, daha sonra tezyetişən sort adı altında bazara çıxararaq istehlakçılara satırlar. Nəticədə, vətəndaşlar pul verib səhhətləri üçün olduqca təhlükəli meyvələr alır ki, bu da bəlli bir müddətdən sonra onların orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur”.
Mənbənin sözlərinə görə, işbazların karbidə müraciət etməsinin digər bir səbəbi isə karbidin ucuz başa gəlməsi və asan tapılmasıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.