Sevindik Hətəmov sələfini qaralayıb özünü xilaskar kimi təqdim edir

28-03-2016, 17:28           
Sevindik Hətəmov sələfini qaralayıb özünü xilaskar kimi təqdim edir

Salyanın sabiq icra başçısı Tahir Kərimov bəzi media qurumlarının "qara piar"ının hədəfinə çevrilib. GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən Salyana yen i icra başçısı təyin olunan Sevindik Hətəmov "jurnalist dostları" nın vasitəsilə sələfinin heç bir iş yarıtmadığı təəsuratını formalaşdırmaqla özünü xilaskar kimi təqdim etmək planı üzərində işləyir.

Bu planda ona rayondan daha hansı vəzifəlilər və ictimai adamlar dəstək verir?
Sevindik Hətəmov sabiq başçısının hansı mülklərinə əl qoymaq istəyir?

Aldığımız məlumata əsasən Salyan rayonunda yeni icra başçısı əslən Naxçıvandan olan kadrlarla bağlı sərt mövqe sərgiləməyə başlayıb. Məlumatlara görə, Sevindik Hətəmov icra başçısının köməkçilərini də sərt şəkildə tənqid edib. Hazırda Sevindik Hətəmov köməkçisi olmadan fəaliyyət göstərir. Məlumatlara görə, yeni icra başçısı sabiq icra başçısı olan Tahir Kərimovun mülklərinə, obyektlərinə belə göz dikib. Bildirilir ki, rayonun millət vəkili olan Əliağa Hüseynovla yaxın təmas qurmağa çalışan icra başçısı bütün cəhdləri ilə sabiq başçının rəqibindən kmpromatlar toplama başlayıb. Məlumatlarda həmçinin deyilir ki, bununla bağlı olaraq Sevindik Hətəmov gizli şəkildə dəftər və qeydiyyat notlarını da almağa başlayıb. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

GUNDEMİNFO.AZ-a bilgit verən mənbə iddia edir ki, bununla bağlı olaraq artıq bir sıra media qurumları ilə «anlaşma əldə edilib. Və artıq sabiq icra başçısının «dağıdıcı» obrazı formalaşdırılaraq Sevindik Hətəmovun xilaskar obrazının formalaşdırılmasına cəhdlər edilir. Elə bəzi media qurumlarında SöHətəmovun Yardımlıdan yola salınma ritualı da xüsusi vurğularla qeyd edilirdi…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.