Neftçalada rəzalət - - işsizlik, qaz, işıq, su, yol problemi...

28-03-2016, 17:48           
Neftçalada rəzalət - - işsizlik, qaz, işıq, su, yol problemi...
Neftçala rayonu Yuxarı Qaramanlı kəndi rayon rəhbərliyinin nəzarətindən çıxıb.

Uluyol.info xəbər verir ki,Yuxarı Qaramanlı kəndində yol,işıq,su,qaz,marşurut problemi hökm sürür.Xatırladaq ki, Yuxarı Qaramanlı kəndinə getmək üçün gərək ki,Kür çayını keçəsən.Buda sakinlər üçün olduqca problem yaradır.Kür çayı üzərindən vaxtı ilə körpü salınsada,amma bu sakinlərin yolunun qısalması demək deyil.Elə vaxtı ilə marşurut sistemi olan kənddə indi sakinlər 10-12 km məsafəni piyada gəlib,korpünü keçib Salyan -Neftçala magistral yoluna çıxırlar.Kəndin hər gün yaşayan əsas problemlərindən biri məhz marşurut sisteminin olmamasıdır.

Yuxarı Qaramanlı sakini Pərvin İsayev bildirir ki,"rayon rəhbərliyi bir marşurut ayırsın.Və o marşurut 30 dəqiqə qrafiki ilə kəndin sakinlərin korpüdən magistral yola çıxarsın.Yəni bir marşrut bu kəndə buraxmağa acizdirlərmi?! Ölkədə yaşanan böhran səbəbindən camaatın vəziyyəti olduqca pisdir.Hər gün bu yolu qət edənlər ya məcbur 5 manat gedib-gəlməyinə xərcləməlidir,bu da real deyil,ya da bir saat istidə,soyuqda piyada getməlidir."Şəkillərdəndə göründüyü kimi bu kənddə vaxtilə marşrut sistemi olub.

Kəndin əsas problemlərindən biri də qazla bağlıdır.Yuxarı Qaramanlı kəndində qaz xətləri çəkilməsinə baxmayaraq ,hələdə evlərə qaz buraxılmayıb.Səbəb kimi işlərin tamalanmamasın bildirirlər.Hansı ki,tamamlanan yerlərdə sakinlərə qaz verə bilərlər ki,bu qışın soyuğunda isti yerləri olsun.Bu həm insanımıza xeyir olar,həmdə dövlətimizə.Büdcədə yaranan vəsait azlığın bəhanə edənlər,qaz çəkilən abonentlərə qaz verəcəkləri təqdirdə,işlənən qazın müqabilində qalan hissələrədə qaz xəttin tezliklə çəkmək olar.Bunun üçün Oksford qurtarmaq lazım deyil.Sadəcə İnsanlarımızı,dövlətimizi fikirləşib münasib olan şəraitdə xalqa xidmət göstərmək lazımdır.

Yuxarı Qaramanlının yol problemi uzun illərdir,həll olunacağı bildirilsədə,bu yönümdə müsbətə doğru addımlar atılmayıb.P.İsayev bildirir ki,hər seçki dönəmində az qala sən öl vuralar ki,seçin gəlib yolunuzu çəkəcik.Maraqlıdır neçə seçkidən sonra çəkiləcək?!Parklara milyonları tökməkdənsə gəlib bu yolları çəkmək lazımdır.Biz demirik bura asfalt döşənsin,ona hazırda büdcəmiz imkan vermir.Heç olmasa çınqıl daşlardan töksünlər.Uşağı məktəbə yola salanda təzə ayaqqabıların əlində aparır,özü botu ilə gedir.Məktəbdə buz kimi,hər sinifdə 10 şagird ola-olmaya".

Uzun illərin yadigarı olan transformatorlar,istifadə müddətin çoxdan qurtarıb.Amma sakinlərin bildirdiyinə görə hər dəfə təmir edib,istifadəyə buraxırlar.Qırıq-qırıq olan naqillər yüksək cərayan olduqda qığılcım yaradır.İşıq dirəkləridə olduqca təhlükəli hala gəlib.Beləki dibi boşalan dirəklər hər an aşa bilər.Bir qədər külək olanda sakinlər şam,lampa tədarükü görürlər.İşığın tez -tez sönməsi burada adi hala çevrilib.

Burada evlərə fərdi borular vasitəsilə su gəlmir.Dədə-baba üsulu ilə arxlar vasitəsilə həyətyanı sahələrin suvaran kəndlilər,əkin sahələrin suvararkən,müəyyən çətinliklərlə qarşılaşırlar.Beləki,Kür çayından fantonlarla vurulan suyu Kürün məcrası ilə nizamlanır.Kür çayının daşıb-yatması zaman-zaman problem mənbəyi olaraq qalmaqdadır.Əkin sahələrin suvaran kəndlilər,sahədə qalan qrunt sularından əziyyət çəkirlər.Vaxt-vaxtında qazılmayan kollektorlar səbəbindən əkin sahələrində sular yığılıb qalır.Mövsümü suvarma zamanı yay aylarına təsadüf etdiyindən bu zaman isti hava şəraiti sahədə qalan suyu qızdırır və suyun altında qalan məhsulu yandırır.Sakinlərin bildirdiyinə görə son illər bu səbəbdən məhsuldarlıq xeyli aşağı düşmüşdür.Bəzi fermerllər bu səbəbdən yayda sahəni suvarmırlar.Qış aylarında yağan yağışla keçinirlər.Reginoların içməli suya olan tələbatının ödənilməsi dövlət proqramına aid olan su təmizləyici qurğular tamamılə işləmir.Həyətyanı sahələrdə yığılan qrunt suları bu torpaqlarda əkib-becərməyə problem yaradır.Sakinlərin bildirdiyinə görə qrunt suları olmayan vaxtlarda nəinki,rayon bazarların,hətta paytaxt bazarlarına da göy-göyərti,tərəvəz yollayırdıq.Buda sakinlərin büdcəsinə xeyir gətirirdi.

Xatırladaq ki,Yuxarı Qaramanlı kəndi maldarlıq və əkinçilklə məşğul olur.Ölkənin mövcud durumu ilə bağlı büdcəyə xeyir verəcək kəndlərimizdən olan Yuxarı Qaramanlı diqqət tələb edir.Bu diqqəti adiyyatı orqanlar,bələdiyyə,kənd icra nümayəndili,rayon rəhbərliyi tərəfindən olmalıdır.Uluyol.info olaraq ümid edirik ki,gələn dəfə bu kəndin qonağı olarkən sadaladığımız problemlərin həllin tapacaq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.