“ATRIUM” idman və əyləncə mərkəzindən uzaq durun - ŞOK MAXİNASİYA+FOTOFAKT
29-03-2016, 00:39
"ATRIUM” idman və əyləncə mərkəzi müştərilərin cibinə belə girir Paxtaxt Bakıda son beş ildə bir neçə idman və əyləncə mərkəzləri fəaliyyət göstərməyə başladı. Bu həm də şəhərimizin gözəlləşməsi, ölkəmizə qonaq gələn turistlərin rahat istirahətinin təminatı deməkdir. Lakin xidmıt sahəsində olan problemlər isə olduqca çoxdur. Problemlərdən ən ciddisi isə süni qiymət artımı ilə bağlıdır. Bu barədə Prezident İlham Əliyev də iqtisadi müşavirələrdə ciddi şəkildə lazımı qurumlara xəbərdarlıq etmiş, müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı təşkilatlara tapşırıqlarını vermişdir. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi qurumlar bu tapşırıqlara məhəl qoymayaraq öz qanunsuz əməllərini ciddi şəkildə davam etdirməkdədirlər. Tanınmış aparıcı Azər İsmayılov sosial mediada fotofaktlı şərh paylaşıb. Şərhdən də aydın olur ki, "ATRIUM” idman və əyləncə mərkəzində müştərilər ciddi şəkildə soyulurlar. Sadə çayı müştəriyə 6 manata təqdim olunması isə aparıcının qəsəbinə səbəb olub. Şərhi və fotofaktı olduğu kimi təqdim edirik: