“Pegasus” şirkəti mətbuatda yayılan ittihamlara aydınlıq gətirdi – AÇIQLAMA

31-03-2016, 01:54           
“Pegasus” şirkəti mətbuatda yayılan ittihamlara aydınlıq gətirdi – AÇIQLAMA
Bu günlərdə ölkə mətbuatında “Pegasus” şirkəti ilə bağlı bir xanım Azərbaycan vətəndaşının şikayəti yayımlanıb.

Həmin məlumatda Qəbələ hava limanında “Pegasus” şirkəti əməkdaşlarının vətəndaşı aldatdığı, artıq pul aldığı və baqajını başqasının adına yazdırmağa inandırdığı deyilirdi.

Bu məsələ ilə bağlı Qafqaznews.az saytına açıqlama verən “Pegasus”un hava limanı üzrə meneceri Sədan Məmmədov bildirib ki, Abdullayeva Aygül (PNR no: 32NXTC) adlı vətəndaş biletini (20 kq baqaj icazəsi ilə) Türkiyənin “Piri Reis Travel” şirkətindən əldə edib. Sərnişin www.flypgs.com səhifəsində “Pegasus”un baqaj siyasəti daxil olmaqla, aviaşirkətin bütün qaydaları və şərtlərinin təfərrüatları ilə tanış ola və yaxud, bilet aldığı agentlikdən bu məlumatları əldə edə bilər.

“Alınan hər bir aviabiletin üzərində uçuş saatları yerli vaxt olaraq qeyd olunur. “Pegasus” un həmin tarixlərdəki reys saatlarinda dəyişiklikləri Azərbaycanda saatların çəkilməməsi ilə əlaqədər olmayaraq, cəmi 25 dəqiqə təşkil etmiş və bu haqda məlumat sərnişin tərəfindən bildirilən sd700@mail.ru ünvanına göndərilib. 27-28 mart tarixlərində Azərbaycan ərazisində saatlar çəkilmədiyindən, reysin vaxtları da dəyişməyib. Bu səbəbdən sərnişinin niyə 4 saat əvvəl Qəbələ hava limanına getməsi məlum deyil. Sərnişin öz müraciətində “Pegasus” əməkdaşlarının ondan “179 və 25 avro” aldığını, sonra hər artıq kiloqrama görə 7 avro aldıqlarını, daha sonra “75 azn və 25 avro” aldıqlarini bildirir. Belə ki, sərnişinin özü tərəfindən təqdim edilən qəbzlərdə aydın görünür ki, onun öz adına qeydiyyata aldırdığı baqajın artıq çəkisi 4 kiloqram olub və hər kiloqrama 8 ABŞ dolları olmaqla cəmi 32 dollar ödəyib”, – deyə menecer qeyd edib.

“Pegasus” nümayəndəsi xatırladıb ki, sərnişinin sözlərinə görə, “Pegasus” əməkdaşları ona baqajını başqasının adına rəsmiləşdirməyi təklif ediblər.

S.Məmmədov vurğulayıb ki, A.Abdullayevanın bu iddiası əsassızdır: “Sərnişinin öz baqajını digər sərnişinin adına qeydə aldırması birbaşa onun məsuliyyətidir ve “Pegasus” aviaşirkətinin əməkdaşları heç bir halda sərnişinlərə belə bir təklif etməkdə maraqlı ola bilməz. Qeyd edək ki, belə hallar adətən sərnişinlərin baqajlarının artıq çəkisi üçün aviaşirkətin tələb etdiyi məbləğin ödənilməməsi səbəbindən baş verə bilir”.

Şirkət nümayəndəsi bildirib ki, sərnişin öz muraciətində və təqdim etdiyi qəbzlərdə onun baqajının Rüstəmzadə Zahidin adina qeydiyyat olunması və baqajın Adanaya göndərilməsini qeyd edir: “Əlavə edilmiş şəkillərdə aydın görünür ki, Rüstəmzadə Zahid adlı sərnişinin də bileti Qəbələ- İstanbul marşruta yazılıb.
Bu isə o deməkdir ki, Rüstəmzadə Zahidin baqajı İstanbula qədər qeydiyyata alınıb və baqaj İstanbula göndərilib. Baqajın hər hansı texniki səbəbdən təyinat nöqtəsinə deyil, digər şəhərə göndərildiyi təqdirdə vətəndaş “Kayıp baqaj” (itirilmiş baqaj) otağına müraciət edə bilər”.

Sədan Məmmədov tərəfindən əlavə olunur ki, sərnişinin müraciəti əsasında araşdırma aparılmış, hava limanı qeydiyyat qaydalarında prosedurdan yayınma halları müşahidə edilməyib.

Qafqaznews.az
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.