Fazil Məmmədovun başının bəlası - təfsilat

31-03-2016, 12:50           
Fazil Məmmədovun başının bəlası - təfsilat
Alimpaşa Məmmədov vergilər nazirinin canını boğaza yığıb

Şəmkirə bir müddət əvvəl təyin olunmuş icra başçısı Alimpaşa Məmmədov vergilər naziri Fazil Məmmədovun başının bəlasına çevrilib. Ard-arda «ÇP»lər buraxan icra başçısının adı bu dəfə «obnaliçka» əməliyyatına qarışıb.

Politika.Az xəbər verir ki, Məmmədov rayonda abadlıq işlərinə pul lazım olmadığı halda, külli miqdarda vəsaitin ayrılmasını həyata keçirib. Məlum olub ki, Şəmkirin icra başçısı bu məqsədlə ayrılmış 884837,57 manat pulu nağdlaşdıraraq, özünə götürüb.

Bu azmış kimi, icra başçısı 1 milyon manatı da «yolların əsaslı təmiri işlərinin satın alınması» adıyla «obnaliçka» edib. Və nəticədə, ortalıq qarışıb. Məlum olub ki, Şəmkirdə yolların təmiri və yenidən çəkilməsinin xərclərini əsasən yerli və Rusiyada yaşayan iş adamları reallaşdırıblar. Bütün vəsaiti də onlar xərcləyiblər. Büdcədən ayrılmış pullar isə birbaşa icra başçısının cibinə gedib.

Fazil Məmmədovun bu məsələlərdən xəbər tutmasından sonra onunla danışmasının da faydası olmayıb. Özünü «Polad Ələmdar»a bənzədən Alimpaşa Məmmədov nazirə yalvar-yaxar edib ki, bir daha belə hərəkətlərə yol verməyəcək. Lakin üzərindən bir qədər keçdikdən sonra daha bir nağdlaşdırma əməliyyatı həyata keçirilib ki, bu da nazirin qəzəblənib, özündən çıxmasına səbəb olub.

Mənbə bildirir ki, Fazil Məmmədov hazırda Şəmkir rayonuna yeni icra başçısı axtarışına çıxıb. Yaxın vaxtlarda Alimpaşa Məmmədovun başqa birisiylə əvəzlənəcəyi gözlənilir.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazıtıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.