Ekologiya nazirliyində KƏLƏK-KÜLƏK İŞİ... - İTTİHAM VAR!

20-01-2022, 11:39           
Ekologiya nazirliyində KƏLƏK-KÜLƏK İŞİ... -
Redaksiyamıza Cəlilabad rayon Ağdaş kənd sakini Seyfullayev Niyaz Gülağa oğlu belə bir şikayət məktubu ünvanlayıb. Teref.az xəbər verir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb. Onun dediyinə görə, dəfələrlə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində olan qanunsuz qırıntılar, dövriyyədə olan əkinlərin faktiki olmaması, saxta yolla faktiki olmayan 138 ha əkini və 860 ha təbii bərpanı 2020-ci ildə örtülü meşə sahəsinə keçirmələri barədə şikayət vermişdim. Və hər dəfə mənə cavab olaraq bir saxta məktub yazıb mənim üzərimə yollayıblar. Bunlar, mənim şikayətim əsasında Ombusmanı Aparatına saxta məlumat verib və həmin məlumat 17.01.2022-ci il tarixdə mənə məktubla cavab olaraq ünvanlanmışdı. Onlar, bu saxta məktubla öz işlərini daha da çətinləşdiriblır. Sözügedən məktub bunların açıq-aydın saxtakarlığından xəbər verir.
Sual: Bunlar deyillər ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində olan əkinlərin 529 hektarı 2020-ildə batıb.
Yaxşı bəs necə olur ki, 2021-ci ilə kimi bu əkinlərə naryadlar (fəhlə, suvarma və s) yazılıb?!
Sual: İdarənin daxili hesabı deyəndə siz nəyi nəzərdə tutursunuz?.
Sual: Deyirsiniz: 72.00 ha əkini bərpa etmişik. Lap yaxşı. Gəlin, göstərin o bərpa etdiyiniz 72.00 ha əkini, görək haradadır?.
Sual: Deyillər guya, bitişik faizi aşağa olduğu üçün 138 ha əkini örtülü meşə sahəsinə keçirməyiblər. Bəs necə olur ki, bunun üçün 2020-ci ildə rəsmi, imzalı və möhürlənmiş sənət də yazıb hesabat da vermisiniz?.
Yaxşı sözügedən əkini, bitişik faizi aşağı olan yeri gedək göstərin, görək haradadır o 138 ha?!

Sual: Deyirsiniz 2020-ci ildə örtülü meşəyə keçirdiyiniz 860 ha təbii bərpaya vəsait vərclənməyib.
Lap yaxşı , gəlin, gedək o 860 ha təbii bərpanı göstərin bizə, baxaq, görək haradadır?!
Siz, belə yalan məlumatlarla ancaq özünüzü aldada bilərsiniz.
Qarşı tərəfin də mövqeyini işığlandırmağa hazırıq.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.