Hər kəsin baxıb ibrət götürməli olduğu VİDEO

1-02-2022, 10:55           
Hər kəsin baxıb ibrət götürməli olduğu  VİDEO
İnsanlar tarix boyu hər şeyin ən yaxşısını, mümkün olduğu qədər çox əldə etmək istəyib. Ehtiyacın nə qədər olduğuna baxmayaraq həmişə "o da mənim olsun, bu da mənim olsun, imkan varsa, niyə çox götürməyim?!" düşüncəsi ilə yaşamışıq. Hədiyyə kampaniyaları zamanı, hər hansı bir şey pulsuz paylanarkən əlbəyaxa olduqlarını, hətta bir-birinə xəsarət yetirdiklərinin dəfələrlə şahidi olmuşuq. Lakin küçə heyvanlarının lentə alındığı kiçik bir video-çarx bizi düşünməyə, onlardan ibrət götürməyə vadar edir.

Manset.az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videoda bir nəfər küçə itləri üçün səkinin kənarına ət parçaları qoyub. Heyvanlar növbə ilə yaxınlaşıb öz "pay"larını götürür və çıxıb gedirlər. Maraqlısı ondadır ki, hər bir it yalnız ehtiyacı qədər qədər yemək götürür.

Sosial şəbəkə istifadəçiləri videoya "kaş insanlar da bu dünyadan sadəcə ehtiyacları qədər alsaydılar", "ehtiyacımız olan qədər götürsək, nə müharibələr olar, nə də aclıq" kimi şərhlər yazıblar.

Küçə heyvanlarının ən ali varlıq sayılan insana dərs verdiyi həmin ibrətlik videonu təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru