Məktəblərdə azyaşlılar nəzarətsiz buraxılanda BELƏ OLUR - VİDEOFAKT

1-02-2022, 10:55           
Məktəblərdə azyaşlılar nəzarətsiz buraxılanda BELƏ OLUR - VİDEOFAKT
Bir neçə gündür ki, sosial şəbəkələrdə şagirdlərin məktəblərdə qeyri-etik davranışları ilə bağlı məlumatlar yayılır.

Bu məlumatların içərisində ən acınacaqlısı Cəlilabad rayonu, Göytəpə şəhər 1 nömrəli məktəbdə yaşanan vəziyyətin varlığıdır. Belə ki, bu təhsil müəssisəsində tərbiyəvi işlər demək olar ki, acınacaqlı durumdadır. Yəni, həyata keçirilmiş video-çəkilişlərdən görünür ki, 5-ci və 6-cı sinif şagirdləri məktəbin həyətində açıq-aşkar şəkildə siqaret çəkirlər.

Teref.az xəbər verir ki, GundemXeber.Az-a verilən məlumata görə rəhbərlik məktəbin 2-ci və 3-cü sinif şagirdlərinə odun daşıtdırır ki, bu da onların əməyinin istismar olunması demək olur. Bu təhsil müəssisəsində baş alıb gedən hər cür hoqqalara RTŞ müdiri Ağaxan Ağayev göz yumduğundan, məktəbin direktoru bugünkü idarəçiliyini “Vur çomağım, vur!” prinsipi ilə həyata keçirir. Çünki, o, bilib dərk edir ki, RTŞ-nin müdiri onun əsas himayədarıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru