Vətəndaş qazdan istifadəyə görə hesablanmış məbləğlə razılaşmır - VİDEO

1-02-2022, 18:50           
Vətəndaş qazdan istifadəyə görə hesablanmış məbləğlə razılaşmır - VİDEO
Gəncə sakini ona qaz pulu bildirişi verilərkən hesablamanın düzgün aparılmamasından şikayətçidir. Iddia edir ki, istifadə etdiyi qazın xərci hesablanarkən limit göstəricilərinə aid tələblər pozulur və ona artıq borc yazılır. Yerli qaz xidmət sahəsində isə iddiaları əsassız hesab edirlər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, dekabrın sonunda və yanvarın əvvəlində aldığı qaz borcu bildirişlərini tutuşdurdu, yazılan borcla razılaşmadı.

Gəncə sakini Rasimə Ağayeva istifadə etdiyi qazın pulu hesablanarakən limit tələblərinin pozulduğunu düşünür. Onun fikrincə, 2500 kubmetr limitinə çatmadığından 212 kubmetr qazın borcu yanlışlıqla 25 qəpikdən hesablanıb və əlavə borc yaranıb.

Azəriqaz İB-in Gəncə Regional Qaz İstismar İdarəsinin Gəncə xidmət sahəsində narazı abonentə şikayəti ilə bağlı izahat verilib və yanlışlıq olmadığı bildirilib, ancaq Rasimə Ağayeva deyilənlərlə qane olmayıb.

Azəriqaz İB-in Gəncə Regional Qaz İstismar İdarəsinin Gəncə xidmət sahəsinin rəis müavini Samin Hacıyev deyir ki, abonentin şikayəti əsaslı deyil, borcun yanlış hesablanması ilə bağlı dedikləri isə onun məsələnin texniki tərəflərilə bağlı məlumatsız olmasından və hesabda xəta etməsindən irəli gəlir.

İdarə rəsmisi deyir ki, abonetlər tez-tez illik və cari dövr üzrə hesabları səhv saldıqlarından bu cür yanlışlığa yol verirlər və onlara məsələ izah olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.