Dolların xaricə daşınmaması üçün gözlənilən qərar

2-02-2022, 08:02           
Dolların xaricə daşınmaması üçün gözlənilən qərar
Rusiyada kriptovalyutalar qadağan oluna bilər. Bununla bağlı Rusiyanın Mərkəzi Bankı təklif verib.

Mərkəzi Bankın hüquq şöbəsinin müdiri Aleksey Quznov deyib ki, kriptovalyutalar əsassız risk daşıyır: "Hesab edirik ki, kriptovalyuta dövriyyəsinin qanuniləşdirməsi böyük risklər daşıyır. Maliyyə sabitliyi və çirkli pulların yuyulması ilə mübarizə üçün risklər yaranır. Bundan başqa istehlakçıların müdafiəsi də zərərlə üzləşə bilər". Yeni qanunla qanun layihəsinə əsasən, Rusiyada kriptovalyuta buraxılışı və dövriyyəsi qadağan olunacaq. Həmçinin, qaydaları pozan şəxslərin məsuliyyətə cəlb olunması nəzərdə tutulur. Qeyd edək ki, ötən ilin aprel ayında Türkiyədə də kriptovalyutanın istifadəsi qanunla qadağan olunub.

Maraqlıdır, Azərbaycanda da kriptovalyutalar qadağan oluna bilərmi?

Teref.az yazır ki,məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov Azərbaycanda kriptovalyutaların qadağan oluna biləcəyini istisna etməyib:

"Kriptovalyutanı qadağan etməklə bağlı məsələnin gündəmə gətirənlər əslində, ölkədən valyutanın çıxmasına əngəllər törətmək istəyirlər. Çünki kriptovalyutalar bilavasitə dollar vasitəsilə alınıb-satılır. Bu isə Rusiya və Türkiyə kimi ölkələrdən valyutanın çıxmasına səbəb olur. Azərbaycanda isə Rusiya və Türkiyə ilə müqayisədə kriptovalyutalara maraq o qədər də, çox deyil. Təbii ki, bizdə də maraq var, amma onlarla müqayisədə azdır”.

Ekspert bildirib ki, hazırda kriptovalyutalara xərclənən vəsaitlər nəzarətdədir:

“Əgər bu, təhlükəli həddə çatarsa, Azərbaycanda da bununla bağlı qərar qəbul edilə bilər. Görünən odur ki, hazırda ölkəmizdə kriptovalyutalara xərclənən vəsait o qədər də ciddi məbləğ olmadığı üçün bununla bağlı müzakirə getmir. Lakin qarşıdakı aylarda və ya illərdə Azərbaycanda da bununla bağlı hər hansısa qərarı müşahidə edə bilərik".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.