BP Azərbaycanda sahibsiz olan hər itin öldürülməsinə 460 AZN verir

2-02-2022, 08:00           
BP Azərbaycanda sahibsiz olan hər itin öldürülməsinə 460 AZN verir
Britaniyanın Azərbaycandakı neft şirkəti sahibsiz itlərin öldürülməsi üçün podratçı şirkətə pul ödəyib.

Banker.az bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) hesabatına istinadən xəbər verir.

“İnvoyslar göstərir ki, şirkət [BP Azərbaycan] “Bos Shelf” şirkəti ilə müqavilə imzalayaraq, tikinti yaxınlığında sahibsiz itlərin hər birinin öldürülməsi üçün 460 manat ($270) ödəniş edib”.

OCCRP əlavə edir ki, bu da həmin dövrdə zavodda çalışan bəzi işçilərin aylıq əməkhaqqına bərabər idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru