Azər Kərimlinin BAĞIŞLANMAZ ƏMƏLİ - ETSN İŞƏ QARIŞMALIDIR...

2-02-2022, 09:50           
Azər Kərimlinin BAĞIŞLANMAZ ƏMƏLİ - ETSN İŞƏ QARIŞMALIDIR...
Son günlər Azərbaycanda yaşıllığın məhv edilməsi faciəvi durum alıb. Nədənsə aidiyyatı dövlət qurumları bu istiqamətdə gərəkən addımları atmırlar ki, bu da təbiət qənimlərini əməlli başlı həvəsləndirib. DİA.AZ bildirir ki, bu gün təbiətə ziyan vuranlar arasında daha çox adları hallandırılanlar da məhz rəsmi simalardır.

Özlərinə obyekt quranlar, ev tikənlər və ümumiyyətlə meşə təsərrüfatını biznesinə çevirənlər üçün yaşıllığın məhvi sıradan yaşantılardandır. Onların bir ağacın hansı əhəmiyyət daşımasının fərqində olmadıqları isə gün kimi aydındır.

Az qala hər gün xəbər eşidirik ki, hansısa məmur, vəzifəli şəxs, deputat və yaxud da keçmiş deputat məhz yaşıllığın məhv edilməsinə görə, qanun qarşısına çıxarılır. Təbii ki, bu da məsələnin citimailəşməsinin ardından baş verir.

DİA.AZ xəbər verir ki, həmin yaşıllıq qənimlərindən biri də 112 Saylı Qax Seçki Dairəsindən deputat "seçilmiş" Azər Kərimlidir. Qeyd edək ki, onun son seçkilərdəki "qələbəsi" də kifayət qədər şübhələrlə müşaiyət olunmuşdu. İndi isə seçici haqqına girən bu adamın adı meşələrin qənimi kimi hallanır.

DİA.AZ xatırladır ki, dünən bu qəbildən olan bir məlumatı təqdim etmişdik:

Qaxın ƏLİ BALTALI DEPUTATI... - FOTOFAKT

Bu gün isə redaksiyamıza informasiya göndərən mənbə olduqca ağır bir cinayətin üstünü açır. Mənbə dia.az-a bildirir: "Azər Kərimlinin "Lotos" firması Şəkidən Balakənədək meşə qoymadı. Qırıb daşıdılar. Ayı fındığı adlanan ağac növü var. Qırmızı kitaba düşən. Həmin ağac növünün kökünü Azər Kərimli kəsib. Bunun əli çatmayanı da DSX-nın rəisi Elçin Quliyev qırdı".

Hər halda bundan ağır cinayət ola bilməz. Çünki onların kəsdikləri ağaclar, həm də bizim KƏSİLƏN NƏFƏSİMİZDİR...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.