Bakının mərkəzində ekoloji cinayət – FOTOFAKT

2-02-2022, 17:43           
Bakının mərkəzində ekoloji cinayət – FOTOFAKT
Son günlərdə Bakının bəzi mərkəzi küçələrində səkilər sökülərək bir hissəsində velosiped zolağı yaradılır. Bu ilk baxışda yaxşı bir iş olsa da, burada bəzi problemlər var. Əvvəla, velosipedlər nəqliyyat vasitəsidir və səkinin ortası ilə yox, küçə ilə hərəkət etməlidirlər. Əgər xüsusi zolaq çəkilməlidirsə, bu piyadaların hərəkət etdiyi səkinin ortası ilə yox, avtomobil yolunun kənarı ilə çəkilir.


İkincisi də, səkinin bir hissəsində bu zolaqlar çəkilərkən, yaşıllıq cərgəsi- ağacların arası naməlum səbəbdən asfaltlanır. Əslində naməlum səbəbdən də demək olmaz. Səbəb açıq-adın ortadadır- bir qarış da torpaq sahəsi saxlamamaq, ağacların tədricən qurumasını təmin etmək. Bu işi görən cinayətkarların müvafiq dövlət orqanları tərəfindən ciddi cəzalandırılması vacibdir.


Torpaq zolağının olmaması yağış sularının asfaltın üzəri ilə kanalizasiyaya yönəlməsini və ağacların su su qəbul etməməsini təmin edəcək. Üstəlik, şəhərin hər yerinin asfalt olması yayda Günəş şüalarının udulmamasına, asfaltda əks olunaraq qayıtmasını və tempraturun maksimuma çatmaasını təmin edir. Beləliklə, paytaxtın mərkəzində günün-günorta çağı belə ekoloji cinayətə yol verənlər ciddi şəkildə cəzalandırılmalıdır
Təəssüf ki, işləri yalnız qrant alıb yeməkdən ibarət olan onlarla ekoloji təşkilatdan bircəsi belə bu cinayətlə bağlı etiraz bildirməyib. TvPress.Az bu məsələni ciddi nəzarətdə saxlayacaq.

Elçin Bayramlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru