Məktəbdə daha bir RƏZALƏT: Təhsil ekspertlərinin adından pul yığdılar

5-02-2022, 08:59           
Məktəbdə daha bir RƏZALƏT:
Azərbaycanda müəllim təhsil ekspertlərinin adından istifadə edərək dələduzluğa əl atıb. Bu barədə təhsil ekspertləri Kamran Əsədov və Elçin Əfəndi məlumat yayıblar.

Məlumatda bildirilir ki, Şirvan şəhərində yerləşən məktəblərdən birinin ingilis dili müəllimi olan Bəhruz Şıxalıyev onların və Təhsil Nazirliyinin bir neçə əməkdaşları adından istifadə edərək müəllimlərdən pul alıb.

Ekspertlər həmin şəxslə heç bir əlaqələrinin olmadığını, onunla sadəcə Şirvan şəhərində baş tutan sınaq imtahanında görüşdüklərini bildiriblər.

K. Əsədovun sözlərinə görə, B. Şıxalıyev onunla və Elçin Əfəndi ilə həmin sınaq imtahanı görüşündə foto çəkdirib. Daha sonra həmin fotodan istifadə edərək vətəndaşların inamını qazanmağa çalışıb.

Ekspertlər Bəhruz Şıxalıyevin əməlindən zərər çəkənləri hüquq-mühafizə orqanlarına şikayət etməyə səsləyib. (Lent.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.