Cavanşir Feyziyevin dövlətdən 1 ildə "udduğu" 122 milyon - Bəxtiyar Hacıyev dərman maqnatından yazdı

7-02-2022, 00:01           
Cavanşir Feyziyevin dövlətdən 1 ildə "udduğu" 122 milyon -
"Cavanşir Feyziyevin "Avromed"i son 1 ildə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Dövlət Agentliyi və s. qurumlardan nə az, nə çox, 122 milyon 800 min manatlıq 17 tender "udub".

İl təzə başlayıb, bu ilin ilk ayında 8 milyon manatlıq 4 tender "udub".

Teref.az-ın yazdığına görə, SİTAT.İNFO xəbər verir ki, bu sözləri siyasi fəal Bəxtiyar Hacıyev sosial şəbəkə səhifəsində paylaşıb.

O vurğulayıb ki, bunlar hələ açıq mənbələrdə göstəriləndir: "Hər dərman, avadanlığa reallıqda qoyduqları qədər yox, xeyli aşağı, lap tutaq ki, 20% qoysalar, 24 milyon manat edir.

2017, 2018, 2019, 2020, 2021-ci illərdə təkcə şəkər xəstələri üçün Səhiyyə Nazirliyinə hər birinin dəyəri 29-31 milyon manat olan tenderlər verilib. 5 ildə təkcə bir istiqamət üzrə bir quruma 150 milyon manatdan çox.

Bu qədər pul dövlət büdcəsindən təsisçisi meymun olan bir şirkətə də getsə, o şirkət "uğurlu biznes" olar".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru