"Luk Oil"dən yanacaq vurarkən DİQQƏTLİ OLUN! - GİLEY

7-02-2022, 09:47           
"Luk Oil"dən yanacaq vurarkən DİQQƏTLİ OLUN! - GİLEY
"Şikayyətim "Lukoil" "Şamaxinka"dakı yanacaqdoldurma məntəqəsindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elxan Nəcəfli adlı istifadəçi giley edir.


Daha sonra narazı vətəndaş yazır: "Deməli, 5 fevral 17:07 tarixində yanacaq vurmağa yaxınlaşdım və "40 azn premium vur" dedim. Maşını elə saxlamışdım ki aparatdakı göstəricini görmürdüm. Vurub qurtarandan sonra arxa pəncərədən boylanıb baxdım ki 30 azn vurub.

Düşdüm maşından, yanacaq vurana deyirəm ki, niyə 30 vurmusan, kartdan 40 azn cıxdın axı...

Gördü ki "zibilinin üstü" açılıb, "mən vurmamışam, o biri vurub" dedi. Halbuki özü idi, tez 10 manat da əlavə elədi. Sadəcə toya gedirdim, tələsirdim deyə üstünə düşmədim.

Məsuliyyətli şəxs görsə, kameralardan baxıb görə bilər. Yol tərəfdən axırıncı aparat idi. "Honda GS236" nömrəli qara maşındı..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.