Onlar həbsdədir, yoxsa istirahət mərkəzində?

8-02-2022, 08:03           
Onlar həbsdədir, yoxsa istirahət mərkəzində?
Azərbaycanda korrupsiya ittihamı ilə həbs edilən icra başçılarının dördü hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir.

Teref.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədov, İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyev, Biləsuvar rayonunun keçmiş icra başçısı Mahir Quliyev və Cəlilabad rayonunun keçmiş icra başçısı Namiq Zeynalov cəza müddətlərini Müalicə Müəssisəsində çəkməkdədirlər. Onlar müxtəlif xəstəliklərlə müəssisəyə yerləşdiriliblər.
Mediada Pentensiar Xidmətin Müalicə Müəssisəninin əslində istirahət mərkəzi kimi fəaliyyət göstərməsi haqda dəfələrlə məlumatlar yayılıb.
Bildirilir ki, həbs edilən məmurların da bu müəssisəyə köç etməsinin başlıca səbəbi bu istirahət xidmətindən yararlanmaqdır. Keçmiş icra başçılarının hansı müddətə burada qalacaqları, cəzaçəkmə müəssisəsinə qayıdıb qayıtmayacaqları bəlli deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru