Azərbaycan neftinin qiyməti artıb - VİDEO

8-02-2022, 08:57           
Azərbaycan neftinin qiyməti artıb - VİDEO
2022-ci ilin yanvar ayının son günlərindən etibarən dünya birjalarında neft qiymətləri yüksək diapazonda ticarət olunur. "Azeri Light" markalı neftin 1 barelə olan qiyməti 4,44% artaraq artıq 100 dollara yaxınlaşır. London birjasında Brent neftinin ixracına dair bu ilin aprel müqaviləsinin dəyəri 0,28% artaraq 1 barelə görə 93,53 dollar təşkil edib. Ekspert İlham Şaban il ərzində neftin qiymətinin 100 hətta 120 dollara çata biləcəyini açıqladı.

İlham Şaban qeyd etdi ki, neftin qiymətinin son zamanlar bahalaşması qlobal iqtisadiyyatın bərpası ilə bağlı tələbatın artması ilə bağlıdır. Digər tərəfdən, neft istehsalçıları qısa zaman ərzində istehsalı pandemiyadan əvvəlki hasilat səviyyəsinə artıra bilmirlər.

Ekspert qiymətlərin geosiyasi vəziyyətən asılı olduğunu və nə qədər müddət yüksək qalacağı barədə hələlik heç bir proqnozon olmadığını bildirdi. Qısaca, neft hələ bir müddət yüksək qiymətlərlə satılacaq ki, bu da Azərbaycan iqtisadiyyatı və büdcə gəlirləri üçün əlverişli hesab olunur.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.