Kəndlidən alınan məhsul bazarda 2 dəfə baha satılır:

9-02-2022, 00:02           
Kəndlidən alınan məhsul bazarda 2 dəfə baha satılır:
Teref.az Xəzər TV-yə istinadən xəbər verir ki, kəndlidən alınan məhsul bazarda 2 dəfə baha satılır...

Fındığın qiyməti Zaqatalalı təsərrüfatçıları narahat edir. Fermerlər deyir ki, əvvəllər kiloqramı 5 manatdan yuxarı olan məhsulu indi onlardan 4 manata alırlar. Kəndlilər hətta qış ayları üçün saxladıqları fındığı da istədikləri qiymətə sata bilmirlər.

Təsərrüfatçılar fındığın yetişdirilməsinə çəkilən xərclərin də artdığını bildirirlər.

Ancaq bazarda qiymətlər od tutub yanır. Belə ki, kənddən gətirilən fındıq burada 2 dəfə baha satılır. Satıcılar deyir ki, əvvəllər kiloqramı 5 manata olan bu meyvənin qiyməti indi 8-9 manat arasında dəyişir.

Satıcılar qiymətlərin bahalaşmasını mövsümlə əlaqələndirirlər.

Bazarda ən çox təlabat isə Zaqatalada yetişdirilən fındığadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru