"Yaş həddi çatan heç kim vəzifəsindən getmək istəmir" - HƏQİQƏTƏN DƏ...

9-02-2022, 12:48           
"Yaş həddi çatan heç kim vəzifəsindən getmək istəmir" - HƏQİQƏTƏN DƏ...
"Pensiya yaşı çatan heç kəs vəzifəsindən getmək istəmir, hamı işləmək istəyir. Bu faktdır". Teref.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun "Dünya təcrübəsində pensiya yaşının 65-dən yuxarı qaldırılması və onların əmək bazarında saxlanılması məqsədəuyğun hesab edilir" fikirinə aydınlıq gətirərkən deyib. Onun fikirincə, pensiya yaşının azaldılması həmin insanlara zərbə vura bilər:

"Bu gün dünyada pensiya yaşının artırılması bir tendensiyadır. Çünki insanların ömrü uzanıb. Bu baxımdam pensiya fondları tab gətirə bilmir. İnsanların ömrü uzun olduğu üçün pensiyanı vermək çətinləşir. Digər tərəfdən insanların sağlamlığı indi daha yaxşıdır və işgüzarlıqları da artıb. Yaş baxımından cavanlaşma prosesi gedir".

Əkrəm Həsənov Azərbaycanda bu günlərdə pensiya yaşının artırılacağına inanmadığını bildirib:

"Hər bir halda azalma da olmayacaq. Bunun üçün sağlam məntiqi və maliyyə əsasları yoxdur. Burada başqa məqama toxunmaq istəyirəm. Bizdə heç kəs adətən bu haqda danışmır. Bu gün dövlət və özəl sektorda pensiya yaşı məsələsində qeyri-bərabərlik var. Dövlət sektorunda pensiya yaşına şatmış şəxsləri vəzifəsindən azad edib, təqaüdə göndərə bilərlər. Özəl sektorda isə bu mümkün deyil. Pensiya yaşının onunla əmək müqaviləsinə xitam verilməsi üçün əsas deyil. Bu qeyri-bərabərlikdir”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuata açıqlamasında pensiya yaş həddinin azaldılmasının planlaşdırılmadığını deyib: "Hətta hazırda dünya təcrübəsində pensiya yaşının 65-dən yuxarı qaldırılması və onların əmək bazarında saxlanılması məqsədəuyğun hesab edilir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.