Azərbaycanda belə məktəb də var... - VİDEO

9-02-2022, 19:23           
Azərbaycanda belə məktəb də var... - VİDEO
Kənd məktəblərinin yararsız və qəzalı vəziyyətdə olması ilə bağlı çox eşidirik. Bu cür hallar şagirdlərin təhsil alma istək və cəhdlərinə təbii ki, mənfi təsir göstərir.

Şamaxının ucqar dağ kəndində - Yuxarı Çağanda isə vəziyyət tamamilə fərqlidir. Kəndin müasir məktəbi var, amma şagird çatışmazlığı mövcuddur. Burda təhsil alan 3 uşaq isə qonşu kənddən gəlir. Şagirdlərdən biri birinci sinifdə ikisi isə 8 sinifdə təhsil alır.

Birinci sinifdə təhsil alan Göyçəyin leksikonunda “sinif yoldaşım” ifadəsi yoxdur.

İllər öncə məktəbdə təhsil alan şagird kontingenti çox olub. Məktəb 9 illik olduğu üçün ötən il 3 şagird bu məktəbi bitirərək hazırda digər məktəblərdə təhsilini davam etdirir.

Çağan kəndində vaxtı ilə 30 evdə yaşayış olub hazırda isə kəndə 3 ailə yaşayır. Onların kütləvi köçünə səbəb həm baş verən sürüşmə, həm də kənddə yaşanan bir sıra çətinliklərdir. Elə buna görə də kənddə məktəb yaşında uşaq tapmaq mümkün deyil. Təhsil almaq üçün Aşağı Çağan kəndindən bura gəlirlər.

Şagirdlər müəllimlərin tez-tez yerdəyişmə etməsinin, hava səbəbindən yaşanan çətinliklərin tədrisə təsirsiz ötüşmədiyini bildirirlər.

Burada müəllimlərin sayı uşaqların sayından iki dəfə çoxdur. Müəllimlərdən altısı bura təyinatla gəlib. Onlar Bakı, Sumqayıt, Şamaxı və müxtəlif ərazilərdən bura təşrif buyurublar.

22 ildir məktəb direktoru işləyən Natəvan Mürsəliyeva əhalinin kəndi kütləvi şəkildə tərk etməsinə baxmayaraq valideynlər arasında təbliğat aparıldığını deyir. Uşaqları məktəbə qaytarmaq üçün əllərindən gələni etdiklərini söyləyir.

Məktəbin direktoru bildirir ki, kollektivin bir istəyi var, o da burada şagirdlərin daha çox olmasıdır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.