Hansı daha qorxuludur: Nazirlikdə, yoxsa məktəbdə kütləvi yoluxma?

10-02-2022, 00:06           
Hansı daha qorxuludur:
Yoluxma sayında artıma görə Təhsil Nazirliyi və Baş Təhsil İdarəsi vətəndaş qəbulunu dayandırıb. Nazirlik özünü yoluxmadan "sığortalasa" da, məktəblərdə dərslər hələ də əyani formada keçirilir.

Teref.az yazır ki, Yenisabah.az-a açıqlamasında təhsil eksperti Ramal Şəmşədli bunda heç bir qəribəlik görmədiyini bildirib:

“Nazirliyin vətəndaş qəbulunu dayandırmasına müsbət baxıram. Bu gün yoluxma sayının artmağının səbəblərindən biri insanlarımızın xəstəliyə məsuliyyətsiz yanaşmasıdır. Əgər nazirliyin bir işçisi yoluxarsa, o zaman bütün işçilərə yayılar.

Artıq mart ayında buraxılış və qəbul imtahanları olacaq. Buna görə də, nazirlik məsələyə ciddi şəkildə yanaşır. Yolxuma sayı 7 mini keçib. Bunu nəzərə alaraq vətəndaş qəbulunu onlayn qayda da həyata keçirmək olar”.

Ekspertin sözlərinə görə, məktəblər bağlanması məsləh deyil:

"Məktəblər bağlanmasın. Ciddi tədbirlər görülsün. Məktəblərin bağlanmasındakı fəsadlarını gördük. Hələ onlayn dərs prosesinə hazır deyilik. Bu gün kəndlərdə internetlə bağlı ciddi problemlər var. Uşaqların çoxu onlayn şəkildə dərsə qoşula bilmir. Ona görə də, bəlli bir aralıqla həftədə 3 gündə olsa, dərs mütləq əyani şəkildə olmalıdır”.

Nəzrin Vahid













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.