"Prezidentin güzəştli ipotekayla bağlı fərmanının “üçüncü bina” ilə heç bir əlaqəsi yoxdur"

10-02-2022, 00:08           
"Prezidentin güzəştli ipotekayla bağlı fərmanının “üçüncü bina” ilə heç bir əlaqəsi yoxdur"
Prezident tərəfindən imzalanmış müvafiq fərman müəyyən edilmiş tələblərə cavab verən bütün jurnalistləri əhatə edir və bu fərmanın şərti olaraq “üçüncü bina” adlandırılan bina ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.

"Qeyd olunan layihələr bir-biri ilə bağlı olmayan tamamilə fərqli layihələrdir, bina ilə bağlı bizdə hər hansı bir məlumat mövcud deyil. Bir daha xüsusilə vurğulamaq istərdik ki, ötən gün imzalanan fərmanın sözügedən bina ilə əlaqələndirilməsi üçün hər hansı hüquqi və məntiqi əsas mövcud deyildir", - o vurğulayıb. (Report)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.