Oliqarxlar sərvətini Britaniyadan çıxarır – Haram pulların gedəcəyi yeni ünvan

10-02-2022, 08:38           
Oliqarxlar sərvətini Britaniyadan çıxarır –
Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) Westminster Magistrates Məhkəməsinin qərarı ilə azərbaycanlı deputat Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus bank hesablarında olan vəsaitin 5,6 milyon funt-sterlinqini (13 milyon manat) müsadirə etməsi oliqarxları qorxudub. Bu qorxu son günlər kabusa çevrilməkdədir. Məsələ ondan ibarətdir ki, Böyük Britaniya parlamenti mənşəyi məlum olmayan sərvətlərin müsadirə olunmasını asanlaşdırmaq üçün mövcud qanunvericiliyə düzəlişi müzakirəyə çıxaracaq. Qanunvericiliyə edlən düzəliş Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) fəaliyyət dairəsini genişləndirəcək. Eyni zamanda mənşəyi məlum olmayan kapitalın müsadirə olunma mexanizmini də sadələşdirəcək.

Bu məlumat oliqarxları qorxudub və onlar sərvətlərini Böyük Britaniyadan çıxarmağa çalışırlar. Ancaq həmin sərvəti Azərbaycana da qaytarmağı düşünmürlər. Oliqarxların sərvətlərini daşımaq istədikləri ölkələrin arasında Portuqaliya, İtaliya, İspaniya və Yunanıstan ön sırada gəlir. Portuqaliyanın önə çıxmasının özəl səbəbi var. Belə ki, 280 min avro dəyərində bərpaya ehtiyacı olan daşınmaz əmlak almaqla 5 illik yaşayış icazəsi almaq olur. Bu icazənin aldıqdan sonra daşınmaz əmlakı alan şəxs özü və yaçı 18-dən yuxarı olan ailə üzvüləri vətəndaşlıq verilməsi üçün müraciət edə bilər. İl ərzində cəmi 7 gün Portuqaliyada yaşamaq vətəndaşlıq üçün müraciət etmək üçün yetərlidir. Avropanın əksər ölkələrində bu büddət il ərzində 183 gün təşkil edir ki, bu müddət oliqarxlar üçün sərfəli deyil. Digər tərəfdən Portuqaliya sərvətin mənşəyi ilə maraqlanmır. Portuqaliyada 5 illik yaşayış icazəsi alan şəxs Şengen zonasında sərbəst hərəkət edə bilir. Bütün bunlara görə oliqarxlar Portuqaliyaya yönəliblər.

Xaqani Cəfərli, politoloq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.