“Gilan Holdinq”ə bağlı olan şirkət “Paşa Holdinq”ə aid şirkətə birləşir

10-02-2022, 08:44           
“Gilan Holdinq”ə bağlı olan şirkət “Paşa Holdinq”ə aid şirkətə birləşir
2014-cü ildə dövlət qeydiyyatına alınan “AZCAPİTAL HOLDİNGS” MMC (VÖEN: 1303747031) ləğv olunaraq “PMD GROUP” MMC-yə qoşulduğunu elan edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin rəsmi veb-saytında yer alıb.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 1000 manat olan “AZCAPİTAL HOLDİNGS” MMC-nin hüquqi ünvanı “Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, mən. 466”-da yerləşir. Qeyd edək ki, bu ünvanda ölkənin aparıcı şirkətlərindən olan “Gilan Holdinq”ə bağlı şirkətlər qeydiyyatda olub.

Onu da bildirək ki, 2013-cü ildən fəaliyyət göstərən “PMD GROUP” MMC də ölkənin başqa bir aparıcı şirkətlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda – “Neftçilər prospekti ev 153”-də yerləşir. Barəsində Dövlət Vergilər Xidmətinin reyester bölməsində heç bir məlumat olmayan şirkətin rəsmi veb-saytında qeyd olunur ki, “PMD GROUP” aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru