Hacıqabul təhsilində nə baş verir?

10-02-2022, 10:15           
Hacıqabul təhsilində nə baş verir?
Hacıqabul rayon Təhsil şöbəsinin müdiri Bəxtiyar Ələkbərov onun qəbuluna gedən müəllim, kitabxanaçı, texniki işçi və.s kim gedirsə, ilk öncə həmin şəxslərin üst-başını yoxlatdırır, sonra telefonlarını aldırır və sonra içəri buraxdırır, əks halda qəbula buraxmır.
Teref.az yazır ki, bunu poçtumuza göndərilən şikayət məktubunda yazırlar. Şikayətçi daha sonra yazır ki,
Bu üsulu heç kəs anlamır ki, təhsil şöbəsinin müdiri nədən qorxur? Polisdirmi, məhkəmədirmi heç kəs anlamır. Təhsil şöbəsinin müdiri öz işçilərinə tapşırıb ki aşağıda olun, kimsə qəbuluma gəlmək istəsə, deyin ki müdir burada yoxdur və yaxud başı çox qarışıqdır, gözləməyə dəyməz. Məktəblərdən Təhsil Nazirliyinə məktəblərdəki qanunsuzluqlar, özbaşınalıqlar barədə şikayət olunanda Bəxtiyar Ələkbərov bunları rahat şəkildə ört-basdır edir, çünki məktəblərdəki "ölü canlar"dan gələn məvaciblərə şərikdir.
Hətta bu yaxınlarda rayonun Kolanı kənd tam orta məktəbində "ölü canlar"ın olması barədə Təhsil Nazirliyinə olunan şikayətdən sonra Hacıqabul Təhsil şöbəsinin müdiri məktəbə yoxlama göndərdi və həmin "ölü canlar"ın şahidi oldular, lakin bunlar Təhsil Nazirliyindən gizlədildi.
Teref.az olaraq məktubda qaldırılan iddialarla bağlı qarşı tərəfin fikirlrini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.