Təzə başçı deyir ki, mənim nöqsanım yoxdur, nə varsa köhnı başçının dövründə olub... - AÇIQLAMA

10-02-2022, 17:04           
Təzə başçı deyir ki, mənim nöqsanım yoxdur, nə varsa köhnı başçının dövründə olub... - AÇIQLAMA
"Mən 2020-ci ilin avqust ayında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşam. Bizdə 2021-ci ili əhatə edən maliyyə yoxlaması baş tutmayıb". Teref.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Biləsuvar RİH-nin başçısı Faiq Qürbətov deyib. O, qanun pozuntularının RİH-nin keçmiş rəhbərliyinin dövründə aşkarlandığını bildirib:

“Mən vəzifəyə təyin olunanda, artıq burada maliyyə yoxlaması gedirdi. Həmin yoxlama 2015-2020-ci illəri əhatə edirdi, amma yoxlama özü 2021-ci ildə başa çatıb. Ona görə nəticələr indi açıqlanıb. Mən bu prosesləri izləmirdim, həmin şəxslərlə də görüşməmişəm”.

Qeyd edək ki, bu gün Maliyyə Nazirliyi Biləsuvar RİH-də aparılan yoxlamalar nəticəsində pozuntular aşkarlandığı ilə bağlı məlumat yayıb. Xatırladaq ki, Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyev olub. O, 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru