"Bir şey hiss edirəm- Ölkədə sırf təxribat gedir."- Hərbi ekspert, ehtiyatda olan zabit həyacan siqnalı verir...

11-02-2022, 09:17           
"Bir şey hiss edirəm- Ölkədə sırf təxribat gedir."-
Bəli hansısa irəlləyiş var , və bu irəlləyiş tam həllini tapmayana qədər bu dirəniş davam edəcəkdir. Ortada olan qanuni müddəalar, artımların şamil edilməməsi, ərzaq üçün verilən və 10 ildir tam yarısı "yoxa" çıxan vəsait və s.
Lakin məni başqa bir qorxu bürüyür hərdən və özüm özümə sual edirəm: Yəni bunu hiss edən yoxdur?
30 ildən sonra aparılan müharibədə Qələbə qazanmış ordunun sütununu kim dağıdır? Kimdir "bu müharibəni PUALAR UDDU" anlayışını millətin qabırğasına bıçaq kimi itiələyənlər? Kimdir "onsuzda pensiyanız 270 manat alanlardan çoxdur" kimi alcaqlığı yayanlar? Kimdir "büdcədə sizə veriləsi pul yoxdur" deyə özündən iqtisadçı -fenomenlər? Kimdir hərbçilərin maaşları, təminat xərclərində labirintlər yaradanlar? Kimdir ölkənin adlı sanlı hərb generallarına hədyan iftira " navodkası" verənlər? Kimdir Silahlı qüvvələrin, Ordunun mütəxəssis ehtiyatı olan ehtiyatda olanlara qənim kəsilənlər?
Sizə elə gəlmir ki, Sahil Babayev yaxud Samir Şərifov aysberqin görünən tərəfidir?
Ortada Azərbaycan var ki, hal hazırda mənim yox, dünyanın fikrinə görə möhkəm dizini yerə vuraraq güclənməkdə və Qafqazlarda söz sahibinə çevrilməkdədir. Buna baxmayaraq coğrafi xəritəsinə görə, məqam düşsə onu param parça etmək üçün marığa yatmış dövlətlərin əhatəsindədir. Və ortada qalan " yatağanı" korşalamaq üçün böyük işlər gedir.
Hələ də çoxu anlamır ki, bu son hadisələrdə ehtiyatda olanların mübarizəsi para yox-mənəvi mübarizədir. Çünki Səlim Müslümovun vaxtından başlayan bu "səlib yürüşü" ƏSMN də "reformator" texnoloqlar dəyişdikcə daha ciddi təhlükəyə çevrilir.
Ən əsası bu gün ƏSMN ümumən Azərbaycanın ən böyük probleminə çevrilib. Sanki bu nazirlik Əhalinin sosialdan mühafizə funksiyasını daşıyır.
Misal üçün uzağa getmək lazım deyil. Bu nazirliyin balansında olan Sosial Tibb Komissiyasının binasına yaxınlaşsaz- bəlanın masştabı bəlli olar. Ölkədə ard -arda ASAN xidmətlər açılaraq vətəndaşların güzəranının, qayğılarının həll olunmasına xidmət edirsə, burada 30 cu illərin "çörək növbəsi" forması tətbiqdədir. İnsanlar soyuq aylarda əlil uşaq, xəstələrlə kiçik bir otaq olan gözləmə krematoriyasında yaxud çöldə ağacların dibində . Süründürməçilik, bürokratiya, kağız formalar, arayışların simasını sonda özünü ən azından otağının perzidenti hesab edən həkim adlı hakimlər.
Bu başıpozuqluq nə vaxt harda partlayacaq-zamana ehtiyac var. Hələ dünya tarixinda padşahın verdiyi əmrin-fərraş tərəfindən rekonstruksiya edilməsi faktı rastıma çıxmayıb. 10 ildir Nazirlər kabinetinin , ən əsası Baş Nazirin imzaladığı fərmanı, ƏSMN yumşaq desək "vecinə almır" . Ən son "innovasiya" isə, Ölkə Prezidentinin imzaladığı fərmanın, bu "laboratoriyada" tərkibinin dəyişdirilməsidir.
Yəni bu qədər də yox daa. Bəs onda etdiyiniz qanunsuzluğun fonunda , adi vətəndaşın "quyruqdan iylənən balığın ,başdan iylənməsinə " doğru yönəlmiş fikrini formalaşdırdığınızın fərqindəmisiniz?
Nə vaxtsa bir "dəmir yumruğun" təpənizdə qafa sınığı yaradacağı görüntüsünü gözünüzün önünə aldınızmı? Cılız vücudunuzun bahalı kostyum içində gizlənən anatomiyasını bu qədərmi güclü olduğunu sanırmısınız? Yaddan çıxarmayın-bu xalq LAZIM GƏLƏNDƏ birləşib bel sındıran xalqdır. Və xalqın da sayılan hissəsi onun savaş adamlarıdır.
Məncə sizə mahnı "zakaz" verənlərdən nə qədər uzaq dursanız,eynəyinizin birləşən yerinə yağlı yumruq dəyməsindən sığortalanarsınız !
Abuzər Əbilov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.