Qəzalı evin bitməyən bərpası - VİDEO

12-02-2022, 11:38           
Qəzalı evin bitməyən bərpası - VİDEO
Tərtər rayonu Şıxarx qəsəbəsindən olan şikayətçimiz qaynar xəttimizə yaşadıqları problemlə bağlı video göndərib. O bildirib ki, həyat yoldaşı Novruz Hacıyevə məxsus fərdi ev Vətən müharibəsi günlərində düşmənin mərmi hücumu nəticəsində yararsız vəziyyətə düşüb. Bununla bağlı təyin edilmiş komissiya evin bərpasına qərar verib, vəziyyəti aktlaşdırıb. Bundan sonra başlayan tikinti işləri yarımçıq qalıb. O vaxtdan ailə həyətdə qurulmuş çadırda yaşamağa məcburdur.

Vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün Tərtər rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bizdən araşdırma üçün vaxt istəyən qurum rəsmisi tikinti aparan iş icraçısı ilə danışandan sonra açıqlama verdi. Bildirdi ki, evin tikintisində iş icraçısı ilə ev sahibi arasında bəzi anlaşılmazlıqlar yarandığı üçün işə fasilə verilib. Lakin onların göstərişi ilə elə bu gündən iş davam edəcək və deyilən anlaşılmazlıq aradan qaldırılacaq.

Deyilənlərin nə dərəcədə doğru olduğunu isə tamaşaçımızın bizə göndərəcəyi növbəti videodan biləcəyik. Mövzu diqqətimizdədir.

realtv












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.