Endirimə düşən məhsulları almaq təhlükəlidirmi? - AÇIQLAMA

12-02-2022, 13:08           
Endirimə düşən məhsulları almaq təhlükəlidirmi? - AÇIQLAMA
Azərbaycanda bir çox marketlərdə istifadə müddətinin bitməsinə az bir müddət qalmış bəzi məhsullar endirimli qiymətə satışa çıxarılır. Əksər insanlar da bu məhsulları alıb istifadə edir. Maraqlıdır, belə məhsulların istifadəsi təhlükəlidirmi? Ümumiyyətlə, belə məhsulların satışı nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cavablandırdı. O bildirdi ki, bu, biznes qurumlarının tətbiq etdiyi biznes gedişlərindən biridir. Onun sözlərinə görə, burada qanunu pozan heç nə yoxdur:

“Qanuna əsasən istifadə müddəti bitmiş məhsulun satışı qadağandır. Lakin biznes qurumları satdıqları məhsula istədikləri endirimi edə bilər. Bu mövzuda düşünürəm ki, ən yaxşı təcrübə Avropa təcrübəsidir. Orada “Aldi” adlı xüsusi marketlər şəbəkəsi var. Yararlılıq müddətinin bitməsinə az qalmış məhsullar həmin şəbəkəyə verilir. İnsanlar bilir ki, bu məhsulların istifadə müddətinin bitməsinə az bir vaxt qalıb. Əhali oradan həmin məhsulu çox ucuz qiymətə əldə edir. Mən özüm də bu mağazalardan alış-veriş etmişəm. Ümumilikdə biznes qurumu hansısa məhsulu istehlakçıya endirimli qiymətə təklif edir. Bu tamamilə normal bir haldır və heç bir qanunsuzluq yoxdur. Lakin gərək istehlakçı da məlumatlı olmalı və bilməlidir ki, hansı məhsulu almaq olar, hansı məhsulu almaq olmaz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.