FHN-də Şəhid atasını qapıdan geri qaytarıblar...

12-02-2022, 12:38           
FHN-də Şəhid atasını qapıdan geri qaytarıblar...
Salyan rayon sakini Hikmət Salahov Fövqəladə Hallar Nazirliyindən şikayətçidir. DİA.AZ-ın məlumatına görə, Vətən Müharibəsində bir övladını Şəhid verən, digər övladı isə Qazi olan Hikmət Salahov bildirir ki, oğlunun FHN-də işləməsi üçün əvvəlcə Salyanda müraciət edib, sonradan onu nazirliyə yönəldiblər.

"Nazirliyə getdim, məni elə qapıda qarşıladılar ki, istəyimi elektron formada onlara təqdim edib.

Dediklərini etsəm də, 3 aydır cavab yoxdur.

Biz Şəhid atalarını qapıdan yola salırlar, geri qaytarırlar. Amma mənim övladların namus yolunda, vətən yolunda savaşıblar".

Şəhid atası eyni zamanda rayonun deputatından da giley edib: "Hamısı yola verirlər, heç biri problemi həll etmir".

Daha ətraflı aşağıdakı videoda:

Teref.az olaraq yazıda adları çəkilən bütün qurum və şəxslərin mövqelərini dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru