Nazirə məxsus şirkət xaricə pul çıxarıb? – MƏHKƏMƏYƏ VERİLDİ

14-02-2022, 00:07           
Nazirə məxsus şirkət xaricə pul çıxarıb? –
Azərbaycandan xaricə pul köçürmələri həyata keçirən “Gilan ənd Knauf” MMC-ə məhkəməyə verilib.

Teref.az xəbər verir ki, buna səbəb şirkətin xaricə valyuta çıxarıb lazımi müddət ərzində əvəzində heç bir mal idxal etməməsi və ya xidmət göstərməməsidir.

Şikrət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə cərimə protokolu yazılıb.

“Gilan ənd Knauf” MMC barəsində protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib.

Nizamnamə kapitalı 26 milyon 373 min 598 ABŞ dollar olan adıçəkilən şirkətin qanuni təmsilçisi Mirzəyev Emin Elman oğludur.

Mətbuatda yayılan və təkzib olunmayan məlumata görə, “Gilan ənd Knauf” MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia olunur./Bakıvaxtı.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru