Bakı Nəqliyyat Agentliyi parlamentdə SƏRT TƏNQİD OLUNDU
15-02-2022, 11:44
“2018-ci ildə Prezidentin həyata keçirdiyi islahatlar çoxşaxəlidir. Görünür ki, bu islahatlar davam edəcək və daha da dərinləşəcək”.
Redaktor.az bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Prezidentin kadrlarla və dövlət qurumları ilə bağlı qərarları çox mükəmməldir: “Həm də məmurlara bir xəbardarlıqdır ki, insanlardan qaçmayın, onalrın problemləri ilə maraqlanın. Keçən dəfə parlamentin iclasında BNA ilə bağlı məsələ müzakirə edildi. Bu qurumun fəaliyyəti qənaətbəxş deyildi, heç nəyə nail ola bilməyib”.