Azərbaycanda fevralın 1-dək yazılan cərimələrin silinməsi təklif olunur

15-02-2022, 15:23           
Azərbaycanda fevralın 1-dək yazılan cərimələrin silinməsi təklif olunur
Azərbaycanda bu ilin fevralın 1-dək tətbiq edilən bütün cərimələrin silinməsi təklif olunur.

Teref.az-ın xəbərinə görə, bu təkliflə deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.


“Hökumət əməkhaqqını, pensiyanı az artıranda biz sual edirik ki, niyə bu qədər artırdınız? Onlar isə deyirlər dövlətin gücü buna çatır. Amma cərimələr 300-400 % artırılır. Onda niyə əhalinin ödəyəcəyi pul nəzərə alınmır? İnsanların da bu cərimələri ödəməyə gücü çatmır axı. Xahiş edirəm ki, fevralın 1-nə kimi olan bütün cərimələr silinsin”, – deputat əlavə edib./manşet.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru