Zərdabda şəhidə hörmətsizlik-VİDEO

7-04-2016, 01:36           
Zərdabda şəhidə hörmətsizlik-VİDEO
Şəhid adına olan küçənin asfaltının olmaması, qaz xətlərinin bərbad şəkildə çəkilməsi, habelə elektrik xətlərinin təhlükəli olması da görüntülərdə öz əksini tapıb Zərdab rayonunda bir sıra qanunsuzluqların baş verdiyinə dair mütəmadi olaraq mətbuatda yazılar dərc olunur. BTV.AZ bildirir ki,bu dəfə isə mətbuatın manşetində Zərdab rayonunda şəhidə edilən hörmətsizlikdir.Belə ki,rayonda şəhid adına da heç bir sayğı göstərilmir. Rayonun şəhid Elnur Həsənov küçəsində qış aylarında yağış və qar sularının kanalizasiya sularına qarışması səbəbindən üfunət o qədər də hiss olunmasa da yayda, Allah göstərməsin, iydən baş çatlayır. Həmin küçənin sakini Ağabala İbişov bildirir ki, Zərdab Şəhər İcra Nümayəndəliyinin rəhbəri Hafiz Kərimovun yaşadığı evin kanalizasiyası birbaşa onların yaşadığı küçəyə axıdılır. Şəhid adına olan küçənin asfaltının olmaması, qaz xətlərinin bərbad şəkildə çəkilməsi, habelə elektrik xətlərinin təhlükəli olması da görüntülərdə öz əksini tapıb. Məsələ ilə bağlı Zərdab rayon icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən tapılmadı.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az
[media=https://www.youtube.com/watch?v=eJjk9Ixphrk]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.