ŞOK İTTİHAM: Fazil Məmmədov millətin döyüş əzmini HƏDƏFƏ ALIB - Prezidentdən KÖMƏK İSTƏNİLDİ

7-04-2016, 19:00           
ŞOK İTTİHAM: Fazil Məmmədov millətin döyüş əzmini HƏDƏFƏ ALIB - Prezidentdən KÖMƏK İSTƏNİLDİ
Azərbaycan Respublikasi Prezidenti İ.Əliyev cənablarına

Qarabağ əlilləri və Qarabağlı sahibkarlar tərəfindən

MÜRACİƏT

Cənab Prezident, Sizin Qarabağ üçün apardığınız siyasətə, bu günlərdə Qarabağda ordumuza rəhbərliyiniz nəticəsində əldə etdiyimiz qələbəyə sevincimizin həddi hüdudu yoxdur. Sizə bütün Qarabağ əlilləri ve Qarabağ camaatı adından təşəkkür edirik ve hər zaman Sizi dəstəkləyir ve Sizin çağrışınızla her zaman döyüşə hazır olduğumuzu bildiririk.

Cənab Prezident, bu günlərdə gedən döyüşlərdə biz Qarabağ qaziləri və Qarabağ camaatı əsgərlərimizin arxasında dayandiq. Sizin bu millətə göstərdiyiniz qayğı ve ehtiramın nəticəsidir ki, bu gün bu millətin hər bir fərdi bir yumruq şəklində Qarabağda döyüşmək və Azərbaycan bayrağını yenidən Qarabağın başqa işğal altında olan torpaqlarında dalğalanmasını arzulayır və səbirsizliklə gözləyirik. Və bildiririk ki, biz də bir əsgər kimi bu döyüşlərdə yaxından iştiraka HAZIRIQ!

Lakin, Cənab Prezident! Sizin apardığınız uğurlu siyasətə kölgə salan bəzi vergi memurlari bizlərə, haqsız ədalətsiz olaraq külli miqdarda vergi cərimələri hesablayaraq, əzməklə məşğuldurlar. Sanki biz bu millətin düşmənləriyik. Bu gün Qarabağ döyüşçüsünə Sizin göstərdiyiniz diqqətin fonunda Vergilər Nazirliyinin bəzi əməkdaşlarının bizə qarşı yürütdüyü bu siyasət daha çox düşmən maraqlarına xidmət edir, millətin döyüş ruhunu sarsıda bilər. Hər halda, Siz – Cənab Prezident, bu gün şəhid, əsgər, əlil övladını bağrınıza basmaqla bizə olan münasibətinizi bəyan etdiniz. Amma bunun müqabilində bəzi işbaz məmurlar anoloji reaksiyanı sərgiləmirlər.

Qanunsuz cərimələr nəticəsində bizlər Qarabağ əlilləri və digər Qarabağdan olan sahibkarlar istintaqlara, məhkəmələrə, ordan da həbsxanalara göndərilirik. Biz ölkədən kənd təsərrüfat məhsullarını ixrac edərkən vergi məcəlləsinin 25-ci maddəsinə əsasən gömrükdə ölkə büdcəsinə vergilərimizi ödədikdən sonra, yenidən bəzi vergi auditcilərinin qanunsuz vergi hesablamalarina meruz qalırıq.

Cənab Prezident, bizləri Sizin verdiyiniz fərmanlara
Kölgə salan vergi audutcilərinin təhlükəsindən qorumağınızı xahiş edirik, neçe ki, bu gün Qarabağın müəyyən bir hissəsini ermənilərdən azad etdiyiniz kimi, biz Qarabağ əlilləri olan sahibkarları da bu bəzi vergi auditçilərinin işğalındanda azad etməyinizi istəyirik..
1) Bayramov Fərrux Temir oğlu Qarabağ əlili 700 min cərimə 3 il həbs cəzasi 16 sayli təcridxana

2) Vəliyev Ramil Hüseyn oğlu 150 min cərimə 16 sayli təcridxana 3 il 6 ay həbs


3) Hidayətov Zöhrab Raqub oğlu 213 min cərimə Gəncə təcrirdxanasi 4 il 6 ay həbs

4) Əsgərov Aqil Adil oğlu Qarabağ əlili 2 milyon cərimə işləri hal hazırda məkəmədədir


5) Hüseynov Nadir Əsgər oğlu Qarabağ əlili Əfqənisdan müharibəsi iştirakçisi 339 min cərimə şəxs\v: aze: 03335687 tel:050 333-25-16

6) Abbasov Şəfa Hüseyn oğlu ŞƏXS-NQ aze 08093261 137 min cərimə


7) Hidayətov Yqub Raqub oğlu 2015- ci il 4 cü vergi auditi 400 min cərimə

8) Orucov Vəfədar Sərvar oğlu


9) Məmmədov Şahlar Məhəmməd oğlu Qarabağ əlili

10) Ağalarov Emil Cəmil oğlu ( vergi yoxlamasndan sonara axtarışa verilib, harada olduğu bilinmir)



DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.