Siyəzən sakinləri ETİRAZA QALXDI... - "Ya pulumuzu verin, ya da sənədimizi..."

4-03-2022, 09:25           
Siyəzən sakinləri ETİRAZA QALXDI... - "Ya pulumuzu verin, ya da sənədimizi..."
Siyəzən rayonu Gənclik qəsəbəsinin sakinləri etiraza qalxıblar. DİA.AZ bildirir ki, onları narahat edən məsələ tikdikləri evləri heç cürə sənədləşdirə bilməmələridir. Dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, onların problemi çözülmür ki, çözülmür...

Qeyd edək ki, aidiyyatı qurumlar sakinlərin evlərinin sənədləşdirilməsi tələblərini tikilən yaşayış sahələrinin dövlət mülkiyyətinə aid torpaq sahələrində yerləşməsi ilə əlaqələndirirlər. Amma qeyd edək ki, sakinlər evləri tikilərkən Siyəzən rayon icra hakimiyyətinə pul verdiklərini də iddia edirlər. Ona görə də sakinlər "ya pulumuzu verin, ya da sənədimizi..." deyərək yerli rəhbərliyə etirazlarını ifadə ediblər.

Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.