Rusiyada avtomobillər qızıl qiymətinə : Rəsmi AÇIQLAMA

4-03-2022, 12:48           
Rusiyada avtomobillər qızıl qiymətinə : Rəsmi AÇIQLAMA
Rusiyanın avtomobil bazarı çökmə ərəfəsindədir. Rublun dəyərdən düşməsi və tədarükün dayandırılması dilerləri təcili olaraq qiymət etiketlərini yenidən yazmağa məcbur edib. İndi hətta bir vaxtlar büdcə modelləri hesab edilən avtomobilin demək olar ki qiyməti, iki milyon rubldur(31 min manat). Hazırda nə maşın var, nə də alıcı. Bu barədə AzVision.az RİA "Novosti"nin apardığı araşdırmaya istinadən xəbər verir. Qeyd olunub ki, son bir ildə Rusiyada avtomobillər üç dəfə bahalaşıb. Bazar inflyasiya, enerji daşıyıcılarının qiymətlərinin artması, güzəştli avtomobil krediti proqramının şərtlərinin dəyişməsi ilə üzləşdi. Bununla belə, əsas problem mikrosxemlərin və digər komponentlərin çatışmazlığı idi.

"İndi logistik kollaps mövcuddur. Ukraynadakı vəziyyət və sanksiyalara görə Volkswagen, Audi, General Motors, Citroen, Mercedes-Benz, Skoda, Jaguar, Land Rover, Porsche, Peugeot, BMW tədarükləri dayandırıb. Volvo Rusiyada avtomobillərin istehsalını və satışını dayandırdığını açıqlayıb. Son bir həftədə isə avtomobil salonlarında qiymətlər daha 30-50% bahalaşıb.

Bu, ənənəvi olaraq büdcə seqmentinin məşhur modellərinə də aiddir. Beləliklə, dekabr-yanvar aylarında əsas konfiqurasiyada Kia Rio bir milyondan az başa gəldiyi halda, hazırda 1,6 milyon rubldur(24 min manat).

"Hyundai"-nin rəsmi dileri ən büdcəli və populyar Huyndai Solaris avtomobilini (bazada avtomatik) 1,7 milyon rubla təklif edir. Özü də, nəğd olaraq. Çünki sabah nə olacağı bilinmir.

AvtoVAZ tələbin artmasına arxalana bilər. Bununla belə, AvtoAssist-in baş direktoru Oleq Zevakinin qeyd etdiyi kimi, idxal komponentləri olmadan zavod yalnız klassik Lada Niva istehsal etməyə qadirdir. Və bu anda konveyer dayanıb".

İlkin Nəcəfzadə












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.